XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Mart 2018 - 15:16

Rusiyada matəm elan edildi –Putindən qərar

Rusiya prezidenti Vladimir Putin martın 28-də ölkədə matəm günü elan olunması ilə bağlı sərəncam imzalayıb.

Kremlin mətbuat xidməti belə bir qərarın ötən gün Rusiyanın Kemerovo şəhərində baş verən faciə ilə əlaqədar qəbul edildiyini bildirib.

Xatırladaq ki, martın 25-də Kemerovoda "Zimnyaya vişnya" ticarət mərkəzində baş verən yanğın nəticəsində 67 nəfər həlak olub. Onlardan 41 nəfəri uşaq olub/Trend.