XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

27 Mart 2018 - 20:35

Britaniyanın Baş naziri Putinə başsağlığı məktubu göndərdi:"Yanınızdayıq"

Böyük Britaniya Baş naziri Tereza Mey Kemerovo şəhərinin “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli faciə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu göndərib.

Bu barədə Böyük Britaniyanın Rusiyadakı səfirliyi məlumat yayıb.

“Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzində baş verən faciə ilə bağlı başsağlığımı çatdırmaq üçün sizə yazıram. Britaniya xalqı öz dua və düşüncələri ilə faciədə həyatını itirənlərin ailə və yaxınlarının yanındadır”, – deyə bildirilib.

Qeyd edək ki, dünən Kemerovo şəhərinin “Qış albalısı” ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində 64 nəfər həlak olub/Axar.az.