XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 March 2018 - 21:18

Elmar Məmmədyarov da ABŞ-ın Azərbaycandakı səfiri ilə bir araya gəldi –FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Strateq.az XİN-ə istinadən xəbər verir ki, səfir fəaliyyət müddəti ərzində Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmədiyini bildirib.

E.Məmmədyarov iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə səfir R.Sekutaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə iki ölkə arasında enerji, iqtisadiyyat, ticarət, terrorizmə qarşı mübarizə, humanitar və digər sahələrdə əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.