XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

27 Mart 2018 - 23:17

Azərbaycan milliləri Makedoniya yığması ilə bacarmadı –Oyun bərabərə bitdi

Bu gün Antalyada futbol üzrə Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Antalyadakı “Mardan” stadionunda keçirilən oyunun 6-cı dəqiqəsində Namiq Ələskərova qarşı kobud oyuna görə, Makedoniya millisinin qapısına təyin olunmuş penalti zərbəsini Riçard Almeyda dəqiq yerinə yetirərək millimizi hesabda önə çıxarıb.

Matçın 22-ci dəqiqəsində isə baş hakim Halis Özkahya bu dəfə millimizin qapsına penalti təyin edib. Makedoniyalı futbolçu Aleksandar Traykovski hesabı bərabərləşdirib.

Komandaların cəhdlərinə baxmayaraq matçın birinci hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə isə qapılara top vurulmayıb. Beləliklə, görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, cari ildə millimiz baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında üçüncü oyununu keçirib. Yanvarda Antalyada Moldova ilə təşkil olunan yoldaşlıq oyununda qolsuz heç-heçə qeydə alınsa da, martın 23-də Bakı Olimpiya Stadionunda təşkil olunan yoldaşlıq görüşündə futbolçularımız Belarus yığmasına 0:1 hesabı ilə uduzublar.