XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2018 - 10:19

Zakir Həsənov Türkiyəyə rəsmi səfərə gedib- Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb.

Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

General-polkovnik Z.Həsənovun martın 31-də qardaş ölkənin Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirakı planlaşdırılır.