XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

28 Mart 2018 - 12:05

“MOİK”in baş məşqçisi dəyişdi-Yeni məşqçinin kimliyi bilindi

“MOİK” Peşəkar Futbol Klubunun baş məşqçisi dəyişib.

Strateq.az xəbər verir ki, klubun baş məşqşisi Ramil Vaqif oğlu Əliyev səhhətində yaranmış problem səbəbindən vəzifəsindən istefa verib.

Mərkəzi Ordu İdman Klubundan bildiriblər ki, bundan sonra “MOİK”in yeni baş məşqçisi təcrübəli mütəxəssis Azər Bağırov olacaq.

Ramil Əliyevə indiyəqədərki fəaliyyətinə görə təşəkkür edən və şəfa diləyən "MOİK" rəhbərliyi və kollektivi, yeni baş məşqçi Azər Bağırovdan gözləntilərinin böyük olduğunu da bildirərərk, ona uğurlar arzulayıblar.