XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

28 Mart 2018 - 13:30

Azərbaycanda Azərbaycanda vahid çağrı mərkəzi istifadəyə verildi- "155"

Azərbaycanda "155" vahid çağrı mərkəzi xidməti istifadəyə verilib.

Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Mənbə bildirib ki, hazırda xidmət 3 dildə – Azərbaycan, rus və ingilis dillərində vətəndaşlar üçün telefon, internet, poçt və maliyyə xidmətləri göstərir.

Mənbə qeyd edib: "Yaxın vaxtlarda Call-mərkəz "109" və "157" məlumat xidmətlərinin nömrələrinin də inteqrasiyasını nəzərdə tutur".

Bundan başqa, perspektivdə Call-mərkəzə müştərilərlə iş üzrə mərkəzlərə malik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin struktur bölmələrinin qoşulması da nəzərdə tutulur.

Qeyd olunur ki, söhbət istənilən strukturun qoşula biləcəyi mərkəzləşdirilmiş sistemin yaradılmasından gedir. Bildirilir ki, vətəndaşların onları maraqlandıran suallara vahid nömrədən cavab ala bilməsi rentabelli olardı. Həmçinin bu təkcə rabitə xidmətləri ilə bağlı deyil, həm də su təchizatı, elektrik təchizatı ilə bağlı ola bilər.