XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 Mart 2018 - 18:58

Azərbaycanın müdafiə naziri Anıtqəbiri ziyarət edib- FOTO

Ankarada rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov martın 28-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib. 

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Müdafiə naziri Xatirə kitabına ürək sözlərini yazıb.