XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Mart 2018 - 13:24

BANM və Almaniyanın GUNT şirkəti arasında əməkdaşlıq davam edir –Görüş + FOTO

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniyanın məşhur G.U.N.T Geratebau GmbH şirkətinin Satış və biznesin inkişafı üzrə direktoru Heiko Lentfer ilə görüşüb.

BANM-dan Strateq.az-a verilən məlumata görə, görüşdə həmçinin Caspian Lab şirkətinin Təchizat meneceri Səfa Hacıyev və BANM-ın məsul əməkdaşları iştirak ediblər.

Görüş zamanı rektor Elmar Qasımov G.U.N.T şirkətilə əməkdaşlıqdan razı olduğunu və təchiz edilmiş laboratoriyaların tələbələrin yüksək ixtisaslı gənc mütəxəssis kimi yetişmələrində əvəzsiz rolu olduğunu bildirib.

Heiko Lentfer isə Bakıya, xüsusilə BANM-a növbəti səfərindən çox məmnun olduğunu söyləyib. O qeyd edib ki, BANM G.U.N.T şirkətinin Qafqaz regionu üzrə ən böyük partnyorudur və şirkət Ali Məktəb ilə əməkdaşlığa böyük önəm verir.

Tərəflər arasında aparılan müzakirələr zamanı əməkdaşlığın ehtiyac duyulan istiqamətləri müzakirə edilib. Müzakirələr zamanı BANM-ın laboratoriyaların istifadəsi və saxlanılması üzrə məsul əməkdaşlarına və müəllimlərinə G.U.N.T şirkəti tərəfindən peşəkar təlimlərin keçirilməsi, Ali Məktəbin gələcəkdə tədqiqat laboratoriyaları ilə təchiz olunması və digər məsələlərə toxunulub və müəyyən razılıqlar əldə edilib.

Qeyd edək ki, 2011-ci ildən əməkdaşlığa başlayan BANM və müxtəlif texnoloji avadanlıqların təchizatı üzrə ixtisaslaşan məşhur G.U.N.T şirkəti arasında bu müddət ərzində böyük işlər görülüb. Belə ki, 2017-ci ilin may ayında Prezident İlham Əliyevin açılışını etdiyi Bakı Ali Neft Məktəbinin kampusu Almaniyanın G.U.N.T şirkətinin tədris labaratoriyaları ilə ən yüksək səviyyədə təchiz olunub.