XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2018 - 13:54

Fransada müəmmalı hadisə –Sürücü avtomobili bir qrup hərbçinin üzərinə sürüb

Fransanın İzer departamentində sürücü avtomobili bir qrup hərbçinin üzərinə sürüb.

Hadisə kazarma yaxınlığında hərbçilərin səhər idmanı zamanı baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb. Sürücü hadisə yerindən uzaqlaşa bilib.

Hazırda bu insidentin terror aktı olub-olmaması araşdırılır.

Sürücünün axtarışları davam edir/Trend