XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Mart 2018 - 15:41

Bakı və Abşeronda havada tozun miqdarı bir qədər də artıb –Nazirlik son məlumatı açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır. 

Strateq.az nazirliyə istinadən bildirir ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 15:00-da bir qədər də artaraq sanitar normadan 32 faiz yuxarı olduğu qeydə alınıb.

Xatırladaq ki, saat 09:00-da bu göstərici 20 faiz, 12:00-da 25 faiz sanitar normadan yuxarı olub.