XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

29 Mart 2018 - 21:50

Sumqayıtda iki ədəd qumbara tapılıb –ANAMA-dan açıqlama

Martın 29-da Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində iki ədəd qumbaranın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə uşaq bağçasının yaxınlığında məişət tullantıları sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində iki ədəd F-1 əl qumbarası aşkar olunub. Aşkarlanan sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.