XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Mart 2018 - 10:03

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq –Sabah

 

Sabah-martın 31-də Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olacaq.

"Report" xəbər verir ki, görüş Türkiyənin Giresun şəhərində keçiriləcək. Toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin və Gürcüstanın müdafiə naziri Levan İzorianın iştirakı planlaşdırılır.

Qeyd edək ki, Z.Həsənov martın 28-də Türkiyəyə səfərə gedib. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Nurəddin Canikli, Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hulusi Akar, Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demirlə görüşüb.