XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

30 Mart 2018 - 17:04

Prezident seçkilərini 1300-ə yaxın müşahidəçi izləyəcək –Məzahir Pənahov

Azərbaycanda seçkilərdə respublika üzrə müşahidə aparmaq üçün 1285 müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçib.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. M.Pənahov bildirib ki, hazırda MSK-da qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayı 543 nəfərdir, bir sıra beynəlxalq müşahidçilərin sənədləri isə MSK-da baxılmaqdadır və onların sayının artacağı istisna edilmir. MSK sədrinin sözlərinə görə, seçkiləri 51 beynəlxalq təşkilatın nümayəndələri müşahidə edəcək, Azərbaycana gələn beynəlxalq müşahidəçilər 52 ölkəni təmsil edirlər. Dairə seçki komissiyalarına isə müşahidə aparmaq üçün 53900 nəfər müraciət edib. M.Pənahov vurğulayıb ki, müşahidə aparmaq üçün müraciət edən bütün şəxslərə müsbət cavab verilib.