XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

31 Mart 2018 - 11:58

Azərenerji:"Güclü küləklə əlaqədar tərəfimizdən qabaqlayıcı tədbirlər görülüb"

Qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərenerji ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Bu barədə Trend-ə qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı bildirib:

"Qeyri-sabit hava şəraitindən, təbii hadisələrdən birmənalı şəkildə sığortalanmaq demək, yalnışlıq olar. Amma bununla əlaqədar qabaqlayıcı tədbirlər görülməsi vacib lazımdır və bu, tərəfimizdən görülüb. Sistemdə hər hansısa bir neqativ hadisə baş verərsə, operativ heyət bunun aradan qaldırılmasına hazırdır".

Y.Babanlı qeyd edib ki, ölkədə enerji sisteminin təhlükəsizliyi tam təmin edilib və elektroenergetika sahəsi son illər həyata keçirilən tədbirlər nəticəsində dayanıqlı səviyyəyə gətirib.

Qurum rəsmisi narahatçılıq üçün heç bir əsas görmədiyini də vurğulayıb.