XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

31 Mart 2018 - 12:58

“Rusiya-2018”in oyunlarını idarə edəcək hakimlərin siyahısı açıqlanıb

FIFA yayda Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatında oyunları idarə edəcək hakimlərin siyahısını açıqlayıb.

Azərtac xəbər verir ki, mundialın matçları 46 ölkədən 36 FIFA referisi, 63 köməkçi hakimə həvalə edilib.

Oyunları Cüneyt Çakır (Türkiyə), Fahad Al Mirdasi (Səudiyyə Ərəbistanı), Joel Aquilar (Salvador), Matteu Konqer (Yeni Zelandiya), Alireza Faqani (İran), Mark Qeyqer (ABŞ), Norbert Hauata (Taiti), Ravşan Irmatov (Özbəkistan), Ceyr Marrufo (ABŞ), Mohammed Abdulla Mohamed (BƏƏ), Rikardo Montero (Kosta Rika), Feliks Brix (Almaniya), Ryuji Sato (Yaponiya), Con Pitti (Panama), Navaf Abdulla Şukralla (Bəhreyn), Sezar Arturo Ramos Palasuelos (Meksika), Sergey Karasyov (Rusiya), Byorn Kuypers (Hollandiya), Mehdi Abid Şaref (Əlcəzair), Julio Baskunan (Çili), Şimon Marçinyak (Polşa), Malanq Dyedyu (Seneqal), Enrike Kaseres (Paraqvay), Antonio Migel Mateu Lahos (İspaniya), Bakari Papa Qassama (Qambiya), Andres Kunha (Uruqvay), Milorad Maziç (Serbiya), Qead Qrişa (Misir), Nestor Pitana (Argentina), Canluka Rokki (İtaliya), Canni Sikazve (Zambiya), Sandro Riççi (Braziliya), Damir Skomina (Sloveniya), Bamlak Tessema Veyesa (Efiopiya), Vilmar Roldan (Kolumbiya) və Klemen Turpin (Fransa) idarə edəcəklər.

Xatırladaq ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək. Dünya birinciliyinin matçları 11 şəhərin – Moskva, Sankt-Peterburq, Samara, Saransk, Rostov, Soçi, Kazan, Kalininqrad, Volqoqrad, Nijni Novqorod və Yekaterinburqun 12 stadionunda oynanılacaq.