XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

31 Mart 2018 - 18:26

Dünya idmanında nüfuzlu qadınların reytinq siyahısı- “Forbes” açıqladı

“Forbes” jurnalı dünya idmanında nüfuzlu qadınların reytinq siyahısını açıqlayıb.

Azərtac jurnalın saytına istinadla xəbər verir ki, siyahıda 19 ölkədən 25 nəfərin adı yer alıb.

Reytinq cədvəlinə FIFA-nın baş katibi seneqallı Fatma Samura başçılıq edir. İkinci pillədə FIFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə seçilmiş ilk qadın – burundili Lidiya Nsekera qərarlaşıb. L.Nsekera, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür. UEFA-nın İcraiyyə Komitəsinin üzvü, Fransa Futbol Federasiyasının baş katibi Florens Arduen reytinqdə üçüncüdür.

İlk onluqda yer alan yeganə idmançı danimarkalı tennisçi Karolin Voznyatskidir. Dünyanın ikinci raketka ustası olan K.Voznyatski cari ildə “Böyük dəbilqə” turnirinin qalibi olub.