XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

31 Mart 2018 - 19:48

Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib- DİN-in Əlahiddə Çevik Polis Alayında

Martın 31-də DİN-in Əlahiddə Çevik Polis Alayında Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş tədbir keçirilib.

“Report” xəbər verir ki, tədbirin əvvəlində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan alay komandiri, polis general-mayoru Zaur Abdullayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Bir əsr əvvəl “Böyük Ermənistan” xülyası ilə başqa xalqların torpaqları hesabına dövlət qurmaq istəyən daşnaklar öz rəzil himayədarlarının havadarlığı ilə insanlıq adına ləkə olan qanlı cinayətlər törədiblər. Həm də bu on illər boyu cəzasız qalaraq davam edib, demokratiyanın, bəşəri dəyərlərin guya beşiyi olan dövlətlər bu qanlı cinayətlərə, soyqırımına biganə qalıb. Yalnız xalqın təkidli tələbi ilə ulu öndərin ali hakimiyyətə qayıdışından sonra üzləşdiyimiz faciələrə obyektiv siyasi qiymət verilib. Ümummilli liderimizin mart hadisələrinin 80-ci ildönümündə – 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman erməni millətçilərini ifşa edən, onlara öz məkrli niyyətlərinə alətə çevirənlərə tutarlı cavabdır.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Nuru Məmmədov Azərbaycanlılara qarşı törədilmiş qətliamların, eyni zamanda 1918-ci ilin martında baş verən soyqırımının hər bir soydaşımızın qanlı və unudulmaz tarixi olduğunu deyib. O, bildirib ki, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni millətçilərinin işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib erməni dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz çıxışlarında vurğuladığı kimi, Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur.

Professor N.Məmmədov qeyd edib ki, 1890-cı ildə “Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər özlərini məzlum kimi təqdim edərək, Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində çoxlu sayda terrora, kütləvi qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti mərhələlərlə davam etmişdir. XIX əsrin sonlarında, XX əsrin əvvəllərində xüsusən, 1905-1907-ci illərdə Bakıda və digər bölgələrimizdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin bəd niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin növbəti mərhələsi idi. Bu illərdə erməni millətçiləri Bakıda, Gəncədə, Qarabağda, İrəvanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərələyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali amansızlıqla qətlə yetirilmiş, şəhər və kəndlər yandırılmış və dağıdılmışdır. Erməni silahlı dəstələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında İrəvan və Gəncə quberniyalarında azərbaycanlılar yaşayan 200-dən artıq yaşayış məntəqəsini viran qoymuş, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüşlər. Ermənilər 200 mindən artıq azərbaycanlını (uşaq, qadın, qoca) fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə çar Rusiyasının onlara vəd etdiyi “Ermənistan dövləti”ni qurmaq üçün etnik təmizləmə aparmışlar. Erməni silahlı qüvvələri tərəfindən 1917-ci ilin əvvəllərindən 1918-ci ilin mart ayına qədər olan dövrdə İrəvan quberniyasında 197 kənd, Zəngəzur qəzasında 109, Qarabağda 157 kənd dağıdılmış, digər bölgələrdə 60 yaşayış məskəni məhv edilmiş, yandırılmış və viran qoyulmuşdur. Martın 31-də və aprelin ilk günlərində qırğınlar kütləvi xarakter almışdır. Amma amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı.

Professor N.Məmmədov erməni ideoloqlarlarını və onların silahlı əlaltılarının ölkəmizə qarşı təcavüzünün köklərinə də toxunmuş, xalqımızın üzləşdiyi tarixi ədalətsizliklərə, qarşılaşdığımız müsibətlərin siyasi və çağdaş aspektlərinə nəzər salmışdır.