XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 Mart 2018 - 20:11

ABŞ-da “Mega Millions” lotereyasında cekpot udulub- 521 milyon ABŞ dollar

“Mega Millions” lotereyasının administrasiyasının yaydığı məlumatda martın 29-da növbəti uduşun baş tutduğu bildirilir. Naməlum qalib məbləği yarım milyard dollardan çox olan “Mega Millions” cekpotuna sahib olub.

Azərtac xəbər verir ki, məlumatda uduşa Nyu-Cersidə satılmış biletin düşdüyü bildirilib. Cekpotun qalibi 521 milyon ABŞ dolları (nağd 317 milyon ABŞ dollar) alacaq.

Uduş lotereya tarixində böyüklüyünə görə dördüncüdür. Rekord uduş (656 milyon ABŞ dolları) 2012-ci ildə olub.