İsrail 16 min 250 afrikalı miqrantı Qərb ölkələrinə deportasiya edəcək.
Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. O bildirib ki, bu qərar BMT ilə əldə edilən razılaşma çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, B.Netanyahu açıqlamalarından birində afrikalı miqrantların İsrailə gəlməsini "terror olaylarından daha pis" adlandırmışdı/Axar.az.