XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 09:17

Şimali Koreyanın xarici işlər naziri Azərbaycana səfər edəcək? –Maraqlı iddia

Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho çərşənbə axşamı səhər Pxenyandan Pekinə yola düşüb. O, Çindən sonra Azərbaycan və Rusiyaya səfər edəcək.

"RİA Novosti" xəbər verir ki, bu barədə çoxsaylı diplomatik mənbələrə istinadən Yaponiyanın NHK teleşirkəti məlumat yayıb.

Məlumata görə, nazir 5-6 aprel tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatı konfransında iştirak edəcək, ardınca Rusiyaya yollanacaq.

Bununla belə teleşirkət qeyd edir ki, KXDR-dən bununla bağlı rəsmi məlumat hələ ki, daxil olmayıb/Report.