XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 10:26

“SOCAR Türkiyə”nin rəhbər heyəti BANM-də olub –Fikir mübadiləsi aparılıb

Bakı Ali Neft Məktəbi (BANM) "SOCAR Türkiyə"nin rəhbər üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.

BANM-dan Strateq.az-a verilən məlumata görə, qonaqların Ali Məktəbə səfərinin əsas məqsədi BANM-ın sonuncu kurs tələbələrini SOCAR Türkiyə-nin Məzun Mühəndislik Proqramına, nisbətən aşağı kurs tələbələrinin isə Təcrübə İnkişaf Proqramına cəlb edilməsi olub. Bu münasibətlə Ali Məktəbdə SOCAR Türkiyənin İnsan Resursları departamentinin rəhbəri Dinar Məmmədova, STAR Neft Emalı Zavodunun İşlətmə departamentinin müdir müavini Elnur Məmmədli, Petkim Petrokimya Zavodunun İnsan resursları üzrə şöbənin müdiri Bəhruz Babayev və heyətin digər üzvləri ilə BANM-ın tələbələri arasında böyük görüş keçirilib.

Görüşü öz sözlərilə açan Ali Məktəbin rektoru Elmar Qasımov SOCAR Türkiyənin Bakı Ali Neft Məktəbinə göstərdiyi böyük diqqət və etimada görə “SOCAR Turkey Enerji A.Ş.” – nin baş direktoru Zaur Qəhrəmanov başda olmaqla Dinar Məmmədovaya və nümayəndə heyətinin digər üzvlərinə təşəkkür edib. Ötən il BANM-ın 30-a yaxın məzununun SOCAR Türkiyənin İzmir şəhərində yerləşən STAR Neft Emalı Zavodunda işləmək üçün göndərildiyini qeyd edən rektor, bu hadisənin artıq bir ənənə olaraq hər il təkrarlanacağından sevindiyini bildirib.

Görüşdə İnsan Resurları departamentinin rəhbəri Dinar Məmmədova tədbir iştirakçılarını salamlayıb, ilk öncə tələbələrə şirkətin ümumi fəaliyyətini əks etdirən prezentasiya və video çarxlar nümayiş etdirib. Daha sonra o “SOCAR Turkey Enerji A.Ş.”-nin gənc mühəndislər üçün nəzərdə tutulmuş karyera proqramı – Məzun Mühəndislik Proqramı və tələbələr üçün 2 aylıq təcrübə keçməsini nəzərdə tutan – Təcrübə İnkişaf Proqramı haqqında auditoriyaya məlumat verib. Xanım Dinar Məmmədova qeyd edib ki, seçim prosesi iki turda aparılacaq, birinci mərhələdə proqramlarda iştirak etmək istəyən tələbələr CV-lərini göndərməklə yanaşı ümumi qabiliyyət testi, şəxsiyyətin müəyyən edilməsi testi, İngilis dilinin mükəmməlliyi testi və Texniki biliklərin ölcülməsi test mərlələrini keçməlidirlər. İkinci turda isə bütün testlərdən uğurla keçən namizədlər individual müsahibəyə dəvət olunacaqlar.

Görüş zamanı STAR Neft Emalı Zavodunun İşlətmə dapartamentinin müdir müavini Elnur Məmmədli tələbələrə SOCAR Türkiyə, xüsusilə STAR Neft Emalı Zavodu, orada baş verən proseslər, görülmüş işlər və nəzərdə tutulan layihələr haqqında tələbələrə geniş məlumat verib, onları öz gələcək karyeralarını məhz doğma SOCAR-da qurmaq üçün ruhlandırıb.

İzmirdən tələbələrin görüşünə həmçinin BANM-ın keçən ilki “Kimya mühəndisliyi” ixtisasının məzunları, STAR Neft Emalı Zavodunun mühəndisləri Amail Məmmədova və Adil Babayev qatılıb, onlar özlərindən sonra yetişən gənclərə öz təcrübələrindən danışaraq dəyərli məsləhətlər veriblər.

Görüş tələbələr tərəfindən verilən çoxsaylı suallar və onlara verilən cavablarla yekunlaşıb.