XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 10:46

AZAL Lənkərandan Moskvaya birbaşa reys açır –Açıqlama

İyunun 8-dən etibarən "Azərbaycan Hava Yolları"nın Moskva-Lənkəran-Moskva marşrutu üzrə birbaşa reysləri açılacaq.

AZAL-dan verilən məlumata görə, reyslər “Airbus A320” təyyarələri ilə hər həftə cümə günləri yerinə yetiriləcək.

“Vnukovo” Beynəlxalq Aeroportundan (VKO) uçuş yerli vaxtla saat 10:00-da, Lənkəran Beynəlxalq Aeroportuna eniş yerli vaxtla saat 14:10-da baş tutacaq. Lənkərandan uçuş  yerli vaxtla saat 15:40-da, Moskvaya eniş yerli vaxtla saat 17:50-də olacaq.