XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 13:14

“150 min müəllimin maaşı iki dəfə artırılıb” –Nazir müavini

2014-cü ildən indiyədək Azərbaycanın orta məktəblərində çalışan 150 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb, onların əmək haqları iki dəfə artırılıb.

APA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Nazir müavini qeyd edib ki, ucqar kəndlərdə çalışan müəllimlərin əmək haqlarının artırılması, onların kommunal xərclərinin qarşılanması istiqamətində də Nazirlər Kabineti tərəfindən tədbirlər həyata keçirilir.