XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 15:30

Qazaxıstandan Azərbaycana 49 nəfər müşahidəçi gələcək –Prezident seçkiləri

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək.

Bu barədə qərar Qazaxıstan MSK-nın iclasında qəbul edilib.

Qeyd olunur ki, müşahidəçilər Qazaxıstanın mərkəzi icra orqanlarından, eləcə də regionların nümayəndələrindən ibarət olacaq.

Müşahidəçilər arasında Azərbaycan MSK tərəfindən dəvət olunmuş iki nəfər də yer alır.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək/Trend.