XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 15:54

“Peşə təhsili haqqında” qanuna dəyişiklik –Yeni qanun

"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib/Trend.