XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 April 2018 - 16:11

Prezident İlham Əliyev Sisiyə təbrik məktubu göndərdi –Mətn

Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib.

Təbdrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə daim uğurlar diləyirəm".