XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 Aprel 2018 - 17:47

“Azercell”də təcrübə keçmək istəyən tələbələr üçün yeni imkan –Şərtlər

Hər zaman gənc nəslin inkişafına böyük önəm verən ölkənin lider mobil operatoru Azercell Telekom növbəti dəfə Yay Tələbə Təcrübə Proqramına başlayır.

Strateq.az xəbər verir ki, aprelin 2-dən etibarən Azərbaycanın ali təhsil ocaqlarında bakalavr səviyyəsinin son iki kursunda və magistr pilləsində təhsil alan tələbələr, eyni zamanda Təhsil Nazirliyi SABAH qrupu tələbələri üçün Yay Tələbə Təcrübə Proqramına start verilir. Tələbələr 2018-ci ilin 13 aprel tarixinə qədər https://www.azercell.com/az/company/career/development_oportunities/internship2018/ linkinə daxil olmaqla proqrama müraciət edə bilərlər. Tələbələr 2 iyul tarixindən başlayacaq proqram çərçivəsində Azercell-də 2 ay təcrübə keçmək şansı qazanacaqlar. Yay Tələbə Təcrübə Proqramı mərhələlərlə seçilən gənclərə Azercell-də təcrübə keçmək imkanı qazandıraraq ali məktəblərdə öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək imkanı yaradır. Tələbələr telekommunikasiya sənayesi barədə birbaşa mənbədən bilik əldə edərək maraqlı və məsuliyyətli layihələrə cəlb olunurlar, bu da gənclərin gələcək karyera inkişafına öz töhfəsini verir. 2008-ci ildən indiyə qədər keçirilən bu proqram çərçivəsində 13 nəfər SABAH qrupu tələbələri olmaqla 155 tələbə Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçib, onlardan 20-si isə şirkətdə işlə təmin olunub.

Məlumat üçün bildirək ki, Azercell Telekom öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Eyni zamanda “Azercell” aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.