XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2018 - 15:40

AFFA “Qarabağ” və “Keşlə”nin futbolçularını cəzalandırıb- Qərar

AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Coşqun Diniyevlə “Keşlə”nin oyunçusu Sezar Meza Kollini 3 oyunluq cəzalandırıb.

“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb onların Azərbaycan Premyer Liqasının XXI turunun “Qarabağ” – “Keşlə” matçının 60-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılmalarıdır.

Futbolçulara verilmiş üç oyunluq cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacaqları təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək. Həmçinin klublar 2400 manat cərimələnib.

Qeyd edək ki, oyun 1:1 hesabı ilə başa çatıb.