XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 April 2018 - 23:55

“Hindistan Qarabağla bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir” –Elmar Məmmədyarov

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ədalətli mövqeyi Hindistan tərəfindən dəstəklənir.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Hindistanın xarici işlər naziri xanım Suşma Svaraj ilə birgə mətbuat konfransında deyib.

“Həmkarıma Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verdim. Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı çərçivəsində qəbul edilmiş, eləcə də digər sənədlərdə Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyi Hindistan tərəfindən dəstəklənir”, – deyə o, bildirib/Report.