XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020

Digər Xəbərlər

05 Aprel 2018 - 13:37

Rusiya Daxili İşlər Nazirliyindən maraqlı qərar –Dünya çempionatının oyunlarına narkotik maddə gətiriləcək

Rusiya Daxili İşlər Nazirliyi ölkədə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına narkotik maddələrin keçirilməsinə icazə verib.

“Report”un məlumatına görə, mundialın Təşkilat Komitəsi ilə birgə hüquq-mühafizə orqanlarının əməkdaşları insanların stadionlara qadağan olunmuş maddələrlə buraxılması üçün xüsusi qayda müəyyənləşdirib.

DÇ-2018-də azarkeşlər əllərində resept olmaq şərti ilə dərman preparatları, narkotik və psixotrop maddələrlə stadionlara daxil ola bilər. Dərman siyahısı rus və ingilis dillərində təqdim olunmalıdır.

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.