XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 April 2018 - 14:59

Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini istefa verib? –Açıqlama

Türkiyə baş nazirinin iqtisadi məsələlər üzrə müavini Mehmet Şimşekin vəzifəsindən istefa verdiyi barədə məlumat yayılıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, məlumat hələlik rəsmi təsdiqini tapmayıb.

Onun iqtisadi məsələlərlə bağlı fikir ayrılığı səbəbindən vəzifəsindən getdiyi bildirilir.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın isə Beştepedə keçirdiyi mətbuat konfransında Mehmet Şimşekin istefası ilə bağlı onlarda məlumatın olmadığını bildirib: “Prezidentimiz iqtisadiyyatı yaxından izləyən liderdir. Bu zaman iqtisadi məsələlərlə bağlı məsləhətləşmə edir. Faizlər məsələsində də prezidentimizin mövqeyi qətidir. Son günlər bundan başqa elə bir fövqəladə hal baş verməyib”.