XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

05 Aprel 2018 - 21:10

Angela Merkel ABŞ-a səfər edəcək –Tarix açıqlandı
Almaniya kansleri Angela Merkel aprelin 27-də ABŞ-a səfər edəcək.
Məlumatı Almaniyada çıxan “Bild” qəzeti yayıb.
Bildirilib ki, o, ABŞ prezidenti Donald Trampla görüşəcək.
Səfərin tarixi rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib. Bu, yenidən kansler olduqdan sonra Angela Merkelin ABŞ-a ilk səfəri olacaq.
Qeyd edək ki, Donald Trampla Angela Merkel Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal qalmaqalını telefonla müzakirə ediblər. Onlar Britaniya ilə həmrəylik əlaməti olaraq birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıblar/Report.