XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 10:45

Gürcüstanın Bakıdakı səfirliyində dövlət bayrağı endirilib

Gürcüstanın Azərbaycandakı səfirliyində dünən şaxtanın çökməsi nəticəsində insanların ölməsi ilə əlaqədar dövlət bayrağı endirilib.

Bu barədə “Report” diplomatik nümayəndəliyin məlumatına əsasən xəbər verir.

Qeyd edək ki, aprelin 5-də Tkibuli şəhərində Mindeli şaxtası çöküb, nəticədə 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Gürcüstan hökuməti şaxtaçıların ölümü ilə əlaqədar ölkədə matəm elan edilməsinə və bütün inzibati binalarda bayraqların aşağı salınmasına qərar verib.