XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2018 - 11:11

“Facebook” 33 milyon dollar cərimələndi

Braziliya məhkəməsi “Facebook” şirkətini 33 milyon dollar cərimələyib.

Trend-in “Reuters”ə istinadən verdiyi məlumata görə, şirkətin cərimələnməsinə ölkə hakimiyyəti ilə korrupsiya ilə bağlı işin araşdırılmasında əməkdaşlıq etməməsi səbəb olub.

Məlumata əsasən, 2016-cı ildə şirkət korrupsiya işinə cəlb edilən insanların “WhatsApp” messenceri ilə danışıqlarını məhkəməyə təqdim etməyib.

Qeyd edək ki, “WhatsApp Inc.” 2014-cü ilin fevral ayından “Facebook”a məxsusdur.