XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Aprel 2018 - 13:58

“Toyota” 314 minə yaxın avtomobili geri çağırır- Səbəb

Yaponiyanın “Toyota” korporasiyası Çin bazarında satdığı 313 min 712 avtomobili təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır.

Azərtac Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər həm “Toyota”nın Çindəki birgə müəssisələrində istehsal olunan, həm də xaricdən idxal edilənlərdir. Buraya “Corolla”, “Vios”, “Yaris”, “Leahead” və “Alphard” modellərindən olan avtomobillər daxildir.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin təhlükəsizlik yastıqlarının normal çalışmaması sürücü və sərnişinlərin həyatına təhlükə yarada bilər. İstehsalçı şirkət qüsurlu detalları öz hesabına dəyişəcək.