Azərbaycan Premyer Liqasının XXII turunda iki oyun keçirilib.
“Report”un məlumatına görə, günün ikinci oyununda “Qarabağ” “Səbail”i qəbul edib.
Yalnız cari mövsümdə üz-üzə gələn komandaların matçında “Qarabağ” 4-cü qələbəyə sevinib. Komanda “Səbail”i 1:0 hesabı ilə üstələyib. Görüşdə yeganə qolu 31-ci dəqiqədə Riçard Almeyda vurub. Bu qələbədən sonra xallarının sayını 53-ə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Səbail” isə 18 xalla 6-cı yerdədir.
XXII turun ilk oyununda “Kəpəz” və “Keşlə” komandaları heç-heçə edib – 1:1.
Turun digər matçları sabah keçiriləcək. İkinci oyun günündə avrokuboklara vəsiqələr uğrunda mübarizə aparan “Zirə” ilə “Qəbələ”, “Neftçi” ilə “Sumqayıt” üz-üzə gələcək.
17:30. “Qarabağ” – “Səbail” – 1:0
Qol: Riçard Almeyda, 31
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Məlik Həsənov
“Azersun Arena”