XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 11:17

“”Pasxa” bayramı insanları yaxşı işlər görməyə, yaxınlarına kömək etməyə həvəsləndirir” –Putin

Rusiya Prezidenti Vladimir Putin Pasxa bayramı münasibətilə bütün pravoslavları və Rusiya vətəndaşlarını təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti informasiya yayıb.

“Böyük “Pasxa” bayramı həyatın zəfərini, yaxşılığını və sevgisini təcəssüm etdirən böyük mənəvi əhəmiyyətə malikdir. O insanlarda inam, ümid yaradır, yaxşı işlər görməyə, yaxınlarına kömək etməyə həvəsləndirir. İnsanları əbədi mənəvi dəyərlər və ideallar ətrafında birləşdirir. Bu baharda yaşanan səmimi, sevinc dolu günlər bizlərə atalarımızın ənənələrinin nə qədər əhəmiyyətli olduğunu başa düşməyə kömək edir”, – təbrik məktubunda deyilib/Axar.az.