XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

17 Aprel 2015 - 09:41

Heydər Əliyevin şərəfinə qızıl “iPhone 6” hazırlandı

Heydər Əliyevin şərəfinə qızıl

“Caviar” italyan brendi üzərində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin rəsmi olan qızıl telefonlar hazırlayıblar.
Buro247.az-ın xəbərinə görə, yeni “Supremo” kolleksiyası “iPhone 6” smartfonlarından ibarətdir.
Kolleksiyaya daxil olan “Supremo Aliyev”, “Supremo Aliyev Titano White Gold”, eləcə də Azərbaycan gerbinin əks olunduğu modellər “Perla Penna” zərgərlik emalatxanasının ustaları tərəfindən hazırlanıb.
Hər iki telefon ağ qızılla uyğunluqda titandan hazırlanıb, və onlardan birinin üzərində Azərbaycanın gerbi və H.Əliyevin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözləri və Azərbaycan bayrağı əks olunub.
Qeyd edək ki, bu, “Caviar”ın dünya liderlərinə və tanınmış şəxsiyyətlərə həsr olunan ilk kolleksiyası deyil.