Buzova görə kanalda batan Quba sakinlərinin cəsədi tapıldı –FHN-dən açıqlama
Quba rayonunda kanalda batdığı ehtimal olunan şəxslərin meyiti tapılıb.
Strateq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Gədikqışlaq kəndi ərazisində Samur-Abşeron su kanalında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb: “1962-ci il təvəllüdlü Mehrəliyev Vidadi Südayif oğlu və 1966-cı il Seyfulov Səhrab Dilovar oğlunun cəsədləri dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib”.
Xatırladaq ki, hər iki şəxs Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər. Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.