XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 20:10

Bakı-Naxçıvan təyyarəsi havada quşla toqquşdu –Aviareys təxirə salındı
Bakı-Naxçıvan aviareysi təxirə salınıb.
Bunu “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.
 P.Kəsəmənskinin sözlərinə görə, aviareysin təxirə salınmasına təyyarənin havaya qalxarkən quş ilə toqquşması səbəb olub.
“Səmaya qalxarkən quş ilə toqquşan hava laynerinin kapitanı qərar verib ki, təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına geri dönsün. Təyyarə yerə uğurla enib. Hazırda Naxçıvana uçacaq digər təyyarənin hazırlıq işləri aparılır. Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”, – deyə P.Kəsəmənski vurğulayıb.
P.Kəsəmənski onu da əlavə edib ki, hazırda geri dönən təyyarəyə texniki heyət baxış keçirir/APA.