XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

10 Aprel 2018 - 15:16

“Bakı Metropoliteni” gücləndirilmiş rejimdə işləyəcək –"Formula-1" yarışı ilə bağlı
Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək “Formula-1” Azərbaycan qran-prisiilə əlaqədar olaraq, “Bakı Metropoliteni” QSC gücləndirilmiş rejimdə işləyəcək. 
Bu barədə Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, zərurət olarsa, iki stansiya gecə saat 2-yə qədər açıq olacaq: “Bakı metropoliteni “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti ilə sıx əlaqəli fəaliyyət göstərərək, qeyd edilən tarixlərdə yarışın və tədbirlərin keçirildiyi məkanlara yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarına sərnişinlərin, zərurət yaranacağı təqdirdə, gecə saat 02:00-a qədər daxil olmasını və müvafiq marşrutlar üzrə hərəkət etməsini təmin edəcək”.