XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 April 2018 - 16:54

Prezident İlham Əliyev Kosta-Rikanın yeni liderinə məktub göndərdi –Təbrik

Prezidentİlham Əliyev  Kosta-Rika Respublikasının yeni seçilmiş Prezidenti Karlos Alvarado Kesadaya təbrik məktubu ünvanlayıb.

Strateq.az  həmin təbrik məktubunu təqdim edir:

“Zati-aliləri,

Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işinizdə uğurlar diləyirəm”.