XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 April 2018 - 09:55

MDB-nin müşahidəçisi:"Səsvermə Azərbaycanın Seçki Məcəlləsinə tam uyğun şəkildə keçirilir"

“Azərbaycanda Seçki Məcəlləsinə tam uyğunluq müşahidə olunur”.

Bu barədə “Report”a MDB-nin Azərbaycanda keçirilən prezident seçkiləri üzrə müşahidə missiyasının üzvü Valeh Abbasov (Başqırdıstan) bildirib.

“Bir neçə seçki məntəqəsində olmuşuq, Azərbaycan Respublikasında Seçki Məcəlləsinə tam riayət olunduğunu müşahidə edirik”, – V.Abbasov deyib.

O söyləyib ki, bundan sonra Bakıda bir sıra seçki məntəqələrində də müşahidə aparacaq.

Qeyd edək ki, V.Abbasov Səbail rayonunun 29 saylı seçki dairəsinin 4 saylı seçki məntəqəsində yaradılmış şərait və səsvermə prosesi ilə tanış olub.