ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Korien Yonker Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edir.
“Report” xəbər verir ki, K.Yonker Bakıda 23 saylı orta məktəbdə yerləşən seçki məntəqəsini ziyarət edib. O, məntəqədə yaradılmış şəraitlə, səsvermənin gedişi ilə tanış olub.
O, Bakıda bir sıra digər seçki məntəqələrində də müşahidələr aparacaq.
Xatırladaq ki, ATƏT DTİHB-nin müşahidə missiyasının tərkibinə 28 uzunmüddətli və 220 qısamüddətli müşahidəçi daxildir.