Okeanları neft sızıntısından təmizləmək üçün bakteriya hazırlanıb.
Azərtac webtekno.com saytına istinadla xəbər verir ki, bakteriyanı Kvebek Universitetinin alimləri hazırlayıblar.
Əvvəlcədən güclü təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, okeanlara neft sızıntısının qarşısını almaq mümkün olmurdu. Bu sızıntılar təmizlənmədiyi üçün toplu halında okeanların səthini örtür və ətraf ərazidə canlı aləmə mənfi təsir göstərirdi. Bu səbəbdən alimlər belə bir bakteriya yaratmaq qərarına gəliblər və xeyli çalışdıqdan sonra onu yaratmağa müvəffəq olublar.