XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 16:36

Ayaz Mütəllibov prezident seçkilərində səs verib

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov Prezident seçkilərində səs verib.

“Report”un məlumatına görə, eks-prezident 17 saylı Yasamal üçüncü Seçki Dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

A.Mütəllibov məntəqəyə həyat yoldaşı Ədilə Mütəllibova ilə birlikdə gəlib. Onlar məntəqəyə daxil olduqdan sonra barmaqlarına mürəkkəb vurulub. Sonra A.Mütəllibov və həyat yoldaşı seçki bülletenlərini götürərək səs veriblər.

Keçmiş prezident deyib ki, vətəndaşların sərbəst səsvermələri üçün lazımı şərait yaradılıb: “Məntəqədə olduğum müddətdə gördüklərimə əsasən deyə bilərəm ki, seçkidə fəallıq müşahidə olunur. Seçicilər öz iradələrini sərbəst formada ifadə edirlər”.