XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2018 - 18:24

İstanbulda XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb

Aprelin 11-də İstanbul şəhərində Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə XXI Avrasiya İqtisadi Zirvəsi işə başlayıb.

Azərtac xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən hazırkı və keçmiş dövlət və hökumət başçıları, eləcə də Azərbaycan və Türkiyədən rəsmi şəxslər, həmçinin nazirlər, səfirlər, tanınmış alimlər, QHT və KİV rəhbərləri iştirakı edirlər.

Rəsmi açılışda Türkiyənin Baş naziri Binəli Yıldırım, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Makedoniya Respublikasının Prezidenti George İvanov, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver və başqaları çıxış ediblər.

İki gün ərzində toplantıda müasir dünyanın aktual problemləri müzakirə olunacaq.