XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

11 Aprel 2018 - 20:27

Baş Prokurorluq:"Seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarına hər hansı müraciət daxil olmayıb"

Seçkilər zamanı seçki qanunvericiliyinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğu orqanlarına hər hansı müraciət daxil olmayıb.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

 

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatıb. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 309 min 434 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.