XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

12 Aprel 2018 - 10:57

Lukaşenko Prezident İlham Əliyevə məktub göndərdi –Mətn

Belarus Prezidenti Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

Bu barədə Belarus dövlət başçısının saytında məlumat verilib.

Təbrik məktubunda deyilir: “Səsvermənin nəticələri seçicilərin güclü və çiçəklənən Azərbaycanın quruculuq kursu ilə yüksək həmrəyliyini təsdiq etdi. Əminəm ki, dövlət başçısı vəzifəsində Sizin fəaliyyətiniz ölkənin iqtisadi gücünün və beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini təmin edəcək, Belarus-Azərbaycan dostluq münasibətlərinin hərtərəfli inkişafına xidmət edəcək”.

A.Lukaşenko həmçinin, Prezident İlham Əliyevə möhkəm cansağlığı, xoşbəxtlik, bitməz enerji və planların icrasında uğurlar arzulayıb/Trend.